Nia Vardalos

Nia Vardalos

Ssenarist, aktrisa

BİOQRAFİYA

Nia Vardalos amerikalı – kanadalı aktrisa, ssenarist rejissor və prodüserdir. Yunan əsillidir. “Oskar” və “Qızıl Qlobus” mükafatlarına namizəd olub. Karyerasını Torontoda sten-ap komediyaçı olaraq başlayıb. Los-Ancelesə köçdükdən sonra televiziya sahəsində aktiv şəkildə çalışmağa başlayıb. Ara-sıra komediya seriallarına epizodik və ikinci dərəcəli rollara çəkilib. Məşhurlaşmasına teatr üçün yazdığı “Mənim böyük yunan toyum” adlı pyesi kömək olub. HBO studiyası ona diqqət göstərməyə başlayıb və bir aktyorluq pyesdə baş rola dəvət edib. Los-Anceles səhnəsinə çıxan Vardalos həmin tamaşada 10 fərqli obrazı canlandırıb. Ancaq teatrda o qədər də böyük uğur qazanmır. Ria Uilson onun daha əvvəl yazdığı “Mənim böyük yunan toyum” pyesinin ekran adaptasiyasına prodüserlik edir. 2002-ci ildə premyerası baş tutan film Vardalosun karyerasına öz damğasını vurub. Həmin ekran əsəri Hollivudun ən gəlirli romantik komediyası kimi tarixə düşüb. Belə ki, gəlirləri büdcəni 6150 faiz üstələyib. 2003-cü ildə Vardalos ən yaxşı ssenari nominasiyasında “Oskar” mükafatına və ən yaxşı qadın rolu nominasiyasında “Qızıl Qlobus” mükafatına namizəd olub. 2004-cü ildə Vardalos “Konni və Karla” filminin ssenaristi və icraçı direktoru olub. 5 ilə yaxın ekranlardan itdikdən sonra “Mənim böyük yunan yay tətilim” adlı filmə baş rola çəkilib və ssenarisini yazıb. Film Vardalosun əvvəlki filmindən daha uğurlu olub və 20 milyon dollardan çox gəlir götürüb. 2011-ci ildə Tom Henksin baş rola çəkildiyi “Larri Kraun” filminə ssenari yazıb (Tom Henkslə birlikdə). Aktrisa 1962-ci ildə Vinnepeq şəhərində anadan olub. 1993-2018-ci illərdə aktyor İen Qomeslə evli olub. Onların birgə nikahdan 2008-ci il təvəllüdlü İlariyu adlı qızları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D1%80%D0%B4%D0%B0%D0%BB%D0%BE%D1%81,_%D0%9D%D0%B8%D0%B0

FİLMOQRAFİYA
Ssenarist
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç