Ranulf Fayns

Ranulf Fayns

Ssenarist, aktyor

BİOQRAFİYA

Ser Ranulf Tvislton-Vaykhem-Fayns – britaniyalı səyyah, yazıçı və Ginnes rekordçusudur (dözümlülüyünə və çoxsaylı ölkələri tədqiq etməsinə görə 1984-cü ildə dünyanın hazırda həyatda olan ən böyük səyyahı elan edilib). Ranulf Fayns 7 mart 1944-cü ildə Qlazqo şəhərində atasının Monte Kassino döyüşündə həlak olmasından bir neçə gün sonra dünyaya gəlib. Atasının ölümündən sonra anası ilə Cənubi Afrika İttifaqına köçüb və orada 12 ilə yaxın yaşayıblar. Fayns Uiltşirə dönüşündən sonra İton Kollecini bitirir. Məzun olduqdan sonra hərbi xidmətə yazılır. Səkkiz illik xidmətinin əvvəlində kral şotland qoşunlarının bölməsində qulluq edib, daha sonra Xüsusi Hava Xidmətinin 21-ci alayına qoşulub. Mühəndis-istehkam bölüyündə xidmət edib. Hərbi xidmətdə olarkən intizamsızlığı ilə seçilib, nəticədə xüsusitəyinatlı dəstədən kənarlaşdırılır. Belə ki, 20th Century Fox şirkəti  Kastl Kombi kəndində “Doktor Dulittl” filmi üçün eybəcər bir bənd tikir. Yoldaşı ona həmin bəndi havaya uçurmağı təklif edir. Fayns bunun üçün təlimlərdən çırpışdırdığı partlayıcı qurğudan istifadə edir. Əməlin üstü açıldıqdan sonra o 500 funt və xüsusi təyinatlı dəstədəki yerindən məhrum olub. Şotland alayına qayıdıb və çox keçmədən Omana, sultanın mühafizəsinə ezam olunub. Məskət alayının kəşfiyyat bölüyünə komandanlıq edən zaman Dofar üsyanının yatırılması zamanı fərqlənib, Sultan onu göstərdiyi şücaətə görə mükafatlandırıb. 1960-cı illərdə ordudan təxris olunaraq azad səyyaha çevrilib. Hava gəmisində Nil çayının mənbəyinə ekspedisiyada iştirak edib Növbəti il Yustedalsbreen adlı norveç buzlaqlarını araşdırıb. Onun ən məşhur ekspedisiyası 1979-1982-ci illərdə həyata keçirdiyi Transqlobal ekspedisiyası sayılır (əvvəl Cənub sonra Şimal qütbdə olub). Fayns 19 kitabın müəllifidir. Əsərləri arasında həm memuarlar və elmi işlər həm də macəra romanları yer alır. Ən məşhur romanı 1991-ci ildə işıq üzü görmüş  “The Feather Men” romanı sayılır. Həmin əsərin motivləri əsasında 20 il sonra “Peşəkar” filmi lentə alınıb. Filmə Robert De-Niro, Klayv Ouen, Dominik Pörsell, Ceyson Steytem kimi məşhur aktyorlar baş rollara çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B0%D0%B9%D0%BD%D1%81,_%D0%A0%D0%B0%D0%BD%D1%83%D0%BB%D1%8C%D1%84

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç