Culius Eyveri

Culius Eyveri

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Culius Eyveri – Avstraliyalı rejissor, ssenarist və prodüserdir. Avstraliyanın Pemberton şəhərində doğulub və boya-başa çatıb. Viktoriya İncəsənət Kollecində magistr dərəcəsini əldə edib. “Jerrycan” adlı qısametrajlı filmi 2008-ci ilin Beynəlxalq Kann Kinofestivalında “Münsiflər heyətinin” xüsusi prizini qazanıb. Film eyni zamanda Sandens və Berlin kinofestivallarında yüksək qiymətləndirilib. Böyük kinoda daha çox “Silahın oğlu” (2014) kriminal dramı və “Overlord” (2018) qorxu filminin rejissoru kimi tanınır. “Silahın oğlu” (2014), “Şəhərin sonu” (2006), “Qəfəsdə olan quş” (2012) və digər filmlərin ssenari müəllifidir. Həmçinin operator olaraq “Apprentice” (2005), “Matchbox” (2002) filmlərinin çəkilişlərinə rəhbərlik edib. “Qəfəsdə olan quş” (2012), “Matchbox” (2002) filmlərinin prodüseri olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_35191/julius-avery

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç