Mayk Fiqqis

Mayk Fiqqis

Rejissor, ssenarist, prodüser, bəstəkar, aktyor

BİOQRAFİYA

Mayk Fiqqis 28 fevral 1948-ci ildə İngiltərənin Karlayle şəhərində anadan olub. 8 yaşına qədər Keniyanın Nayrobi şəhərində yaşayıb. Uşaqlığında musiqi məktəbində oxuyub, “Brayan Ferri” qrupunda çıxış edib. 70-ci illərdə isəThe People Show” Britaniya eksperimental teatr qrupunun üzvü olub. “Ev” telefilminə rejissorluq etdikdən sonra prodüser Devid Puttnemin diqqətini çəkib. Sonuncu ona ssenari yazmağı təklif edib. Nəticədə 1988-ci ildə Fiqqisin ilk tammetrajlı bədii filmi – “İldırımlı bazar ertəsi” filmi işıq üzü görür. Həmin ekran əsəri rejissora Hollivudun qapılarını açır. Nəticədə Riçard Girin iştirakı ilə “Daxili istintaq” trillerini lentə alır. Növbəti filmləri “Libestraum” (1991), “Mister Cons” (1993), “Brauninq versiyası” (1994) filmləri olur. 1995-ci ildə çəkdiyi “Las-Veqası tərk edərkən” filmi müsbət tamaşaçı və tənqidçi rəyi qazanır və rejissora “Oskar” nominasiyası qazandırır. Həmin filmdə oynadığı rola görə aktyor Nikolas Keyc ən yaxşı kişi roluna görə “Oskar” mükafatı əldə edir. Elizabet Şu isə ən yaxşı aktrisa kimi namizəd olur. 2002-ci ildə Fiqqis Vim Vendersin “On dəqiqə böyük” kinoalmanaxının epizodlarından birinə rejissorluq edib. 2003-cü ildə “Çay Qırağında Soyuq Mülk” trillerini ərsəyə gətirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Mike_Figgis

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç