Edvard Svik

Edvard Svik

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Edvard Svik 1952-ci ildə Çikaqoda (ABŞ) yəhudi ailəsində dünyaya gəlib. Rejissorluqla hələ orta məktəb illərindən məşğul olmağa başlayıb. “Academy Festival” teatrında təcrübə toplayıb. Harvardda ədəbiyyat üzrə ali təhsil aldığı dönəmdə, teatrda quruluşçu rejissor işləyib. Təhsilini başa vurduqdan sonra Rockefeller Fellowship təqaüdü əsasında Avropanın tanınmış teatr truppalarında təcrübə keçib. 1975-ci ildə Amerika Kino İnstitutunun üzvlüyünə qəbul olunub. “Timoti və Mələk” adlı qısametrajlı filmi “Çikaqo kinofestivalında” (1976) birinci yerə çıxıb. “Ailə” teleserialının prodüserləri onun işini bəyənərək, layihəyə dəvət edib. O bir müddət ssenari şöbəsində redaktor kimi çalışıb, daha sonra şounun rejissoru və prodüseri olub. “Xüsusi bülliten” filminə görə iki “Emmi” mükafatı qazanıb. Həmin dövrdən etibarən Marşall Herskovitslə əməkdaşlığının əsası qoyulub. Onlar birlikdə “30-dan yuxarı” adlı teleserialı yaradıblar. Həmin serial onlara “Emmi” mükafatı qazandırıb. Daha sonra onlar The Bedford Falls Company şirkətini yaradıblar. Daha çox “Sonuncu Samuray” (2003), “Vurğun Şekspir” (1998), “Döyüşdə şücaət” (1996) filmləri üzərində gördüyü işə görə tanınır. 1999-cu ildə “Vurğun Şekspir” filminin prodüseri kimi “Oskar” mükafatına layiq görülüb. Qeyd edək ki, Svik karyerası ərzində 37 filmə prodüserlik edib, 17 filmin rejissoru olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A6%D0%B2%D0%B8%D0%BA,_%D0%AD%D0%B4%D0%B2%D0%B0%D1%80%D0%B4

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç