Ceyn Ostin

Ceyn Ostin

Ssenarist

BİOQRAFİYA

Ceyn Ostin ingilis yazıçısıdır. 16 dekabr 1775-ci ildə İngiltərədə doğulub. Ailədə altı qardaş, iki bacı olublar. Ceynin atası Corc Ostin uzun illər kilsə rektoru kimi fəaliyyət göstərib. Atası varlı və nüfuzlu yun taciri ailəsindən olub. 1783-cü ildə Ostin bacıları təhsil almaq üçün Oksforda göndərilir. Lakin payızda hər iki qız tifus xəstəliyinə tutulduğundan geri gəlir və 1785-ci ildə "Abbey" qızlar məktəbinə yollanana kimi evdə təhsil alırlar. Bu məktəbdə onlar fransızca, tikiş-naxış, rəqs, musiqi, teatr və başqa sahələrdə təhsil alırlar. Lakin ailənin hər iki qızın təhsil haqqını ödəməyə gücü çatmadığından tezliklə bu məktəbi də tərk etməli olurlar. Kənd keşişinin yeddinci övladı olan Ceyn öz dövrünə uyğun gözəl təsvirlər və obrazlar yaratdığına görə romanları klassiklər sırasında yer almağı bacarıb. 1805-ci ildə atasının ölümündən sonra əvvəlcə Sauzamptona (İngiltərə), 1809-cu ildə isə varlı qardaşının yanına köçür. 1789-cu ildən roman yazmağa başlayan Ceynin romanlarının baş qəhrəmanları qadınlardır, əsərlər hər zaman xoşbəxt evliliklə başa çatır. İlk olaraq “Eşq və yaşam” adlı kitabı nəşr edilib, daha sonra isə bu siyahını “Qürur və qərəz”, “Mansfild parkı”, “Emma” davam etdirir. 1816-cı ilin əvvəlindən özünü pis hiss etməyə başlayan Ceyn əvvəlcə öz xəstəliyini danır, lakin xəstəliyi get-gedə irəliləyir. 1817-ci il iyulun 18-də Ceyn addison xəstəliyindən vəfat edir. Ceynin bacısı Kassandraya yazdığı 3000-dən çox məktubdan cəmi 160-ı qalıb. Çünki Ceynin ölümündən sonra bacısı bu məktubları yandırmışdı.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Ceyn_Ostin

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç