Bobbi Moynahan

Bobbi Moynahan

Aktyor

BİOQRAFİYA

Bobbi Moynahan (ing. Bobby Moynihan) – amerikalı aktyor və komikdir. 2008-2017-ci illər ərzində Saturday Night Live şousunun daimi aktyor heyətinin üzvü olub. 31 yanvar 1977-ci ildə İsçester şəhərində anadan olub. “Sınmaz Kimmi Şmidt” (2018) Frend Dod rolu, “Çoxuşaqlı Ata” (2013) komediyasında Aleksi rolu, “Ördək Nağılları” cizgi serialında ördək Lui, “Ulduz müharibələri: Müqavimət” cizgi serialında isə Orka/Yani personajlarını səsləndirən aktyor kimi tanınır. Karyerası ərzində aktyor və səsləndirmə aktyoru kimi 97 televiziya/bədii film / cizgi filmi və serial rolu var. İster orta məktəbini bitirdikdən sonra Konnektikut Universitetində ali təhsil alıb. YouTube-da böyük populyarlıq qazanmış Derrikin komediyası adlı qrupun tərkibində çıxış edib. Çox keçmədən istedadını üzə çıxaran Bobbi 2008-ci ildə “Saturday Night Live” şousunun daimi aktyor heyətinə dəvət olunub. 20 may 2017-ci ildə 9 mövsümdən sonra layihədən ayrılıb. 2016-cı ilin avqust ayında keçmiş rəfiqəsi və brodvey aktrisası Brinn Omelli ilə ailə qurub. 2017-ci ildə qızları doğulub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D0%B9%D0%BD%D0%B0%D1%85%D0%B0%D0%BD,_%D0%91%D0%BE%D0%B1%D0%B1%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç