Cim Mikl

Cim Mikl

Rejissor, ssenarist, montajçı, prodüser, aktyor

BİOQRAFİYA

Cim Mikl 1979-cu ildə ABŞ-ın Pensilvaniya ştatında anadan olub. “Zülmət ordusu” filminin təsiri altına düşdükdən sonra rejissor olacağını özünə söz verib. 2002-ci ildə Nyu-York universitetinin məzunu olub. Bir müddət debütant-rejissorların çəkdiyi filmlərin istehsalatı üzrə köməkçi vəzifəsində çalışıb. Həmçinin ssenarist olsa da rejissorluğu və montajı qələm işindən üstün tutur. Daha çox ssenarist Nik Damiçi ilə əməkdaşlıq edir. Tələbəlik illərində dostlaşan Mikl və Damiçi 2001-ci ildə diplom işi filmini birlikdə çəkiblər. İlk əməkdaşlığın bəhrəsi olaraq “Malberi-strit” zombi horrorunu ərsəyə gətiriblər. Onların ikinci filmi də qorxu janrındadır və “Vampirlər diyarı” adlanır. Nyu-York Taymz tənqidçilərinin seçimi tituluna layiq görülüb. 2013-cü ildə ərsəyə gətirdikləri “Biz olduğumuz kimiyik” filmi 29-cu “Sandens” festivalında nümayiş olunub, daha sonra isə “rejissorların 2 həftəsi” rubrikasında 2013-cü il Kann Film festivalında ekranlara çıxıb. Daha çox “Malberri-Strit”, “Vampirlər diyarı”, “Biz olduğumuz kimiyik” və “İyul ayında soyuq gecə” filmlərinin rejissoru kimi tanınır. Sundance TV telekanalında yayımlanan “Hep və Leonard” serialının yaradılmasında iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D0%BA%D...

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Montaj
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç