Kessi DePayva

Kessi DePayva

Aktrisa, prodüser, bəstəkar

BİOQRAFİYA

Kessi DePayva 21 mart 1961-ci ildə ABŞ-ın Kentukki ştatında anadan olub. İndiana Universitetinin məzunudur. Daha sonra ali təhsilini Kaliforniya Universitetində davam etdirib. Böyük ekranlarda debütünü “Qorxunc Ölülər 2” filmində gerçəkləşdirib. 2013-cü ildə “Biz Olduğumuz Kimiyik” trillerində baş rollardan birini ifa edib. Karyerası ərzində daha çox romantik seriallara çəkilib. Daha çox "Yaşamaq üçün bir həyat" serialında oynadığı baş antaqonist Bler Kramer rolu ilə məşhurlaşıb. Həmin rolda 1993-cü ildən 2012-ci ilin yanvarına kimi çıxış edib. 2013-cü ildə serialın qısaömürlü sikvelinə çəkilib. “Yaşamaq üçün bir həyat” sabun operasındakı roluna görə 2005-ci ildə “Emmi” mükafatına ən yaxşı qadın rolu nominasiyasında namizəd olub. 2014-cü ildə "Həyatımızın günləri" adlı başqa bir sabun operasında rol alıb. 1996-cı ildə “Yaşamaq üçün bir həyat” serialına birlikdə çəkildiyi sabun operası aktyoru Ceyms Depayva ilə ailə qurub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%BF%D...

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç