Maykl Qreysi

Maykl Qreysi

Rejissor

BİOQRAFİYA

Maykl Qreysi – Avstraliyalı rejissor və vizual effektlər üzrə tərtibatçıdır. Avstraliyanın Melburn şəhərində boya-başa çatıb. Reklam sektoruna gəlişinə qədər mahnı klipləri çəkməklə məşğul olub, paralel olaraq vizual effektlər üzrə tərtibatçı işləyib. Milad bayramı ərəfəsində hazırladığı reklam çarxları ilə Britaniya və ABŞ-da ad-san qazanıb. Kinoda rejissor debütünü 2017-ci ildə “Görkəmli Şoumen” adlı müzikl filmi ilə gerçəkləşdirib. Ekran əsərində baş rollara Hyu Cekman, Zak Efron, Zendeya kimi məşhur artistlər çəkilib. Qreysinin eyni zamanda “Naruto” manqa serialının ekran adaptasiyası və müğənni Elton Con haqqında bioqrafik filminə rejissorluq edəcəyi planlaşdırılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Michael_Gracey

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç