Meqan Ori

Meqan Ori

Aktrisa

BİOQRAFİYA

Meqan Ori 20 avqust 1982-ci ildə Kanadanın Viktoriya şəhərində anadan olub. Əvvəl “Royal Ouk” daha sonra isə “Klermont” orta məktəbində oxuyub. 1996-cı ildə uşaq teatrındakı çıxışlarına görə İncəsənət mükafatı ilə təltif olunub. Bu uğurdan sonra peşəkar səviyyədə aktyorluqla məşğul olmağa qərar verir. Onun ilk peşəkar rolu 1999-cu ildə ABC Family kanalında yayımlanan “Zülmətdə” filmində oynadığı Cessi Everetrolu sayılır. Daha sonra “Qarğa: Göylərə qaldıran nərdivan” serialına qonaq rola dəvət olunub. 2000-ci ildə “Yerdən yüksəklərdə” serialında daimi rol alıb. MTV telekanalında yayımlanan “Birlikdə” (2000) serialının uğurundan sonra, Kanadanın “Vampire High” teleserialının aktyor heyətinə qoşulub. Şəxsi həyatına gəlincə 2008-ci ildə “Merlinin şagirdləri” filminə birgə çəkildiyi aktyor Con Rirdona ərə gedib. 2018-ci ilin may ayında ana olduğunu elan edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9E%D1%80%D0%B8,_%D0%9C%D0%B5%D0%B3%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç