Melinda Peyc Hemilton

Melinda Peyc Hemilton

Aktrisa

BİOQRAFİYA

Melinda Peyc Hemilton 22 avqust 1974-cü ildə ABŞ-da anadan olub. Karyerası ərzində onlarla yüksək reytinqli serial və televiziya filmlərinə ikinci plan rollara çəkilib. Daha çox “Məyus evdar qadınlar” (2005-2006) serialının ikinci mövsümündə Meri Bernardın bacısı, “Böyük sevgi” (2009-2010) serialında Malinda, “Dəliqanlılar” serialında baş qəhrəmanın həyat yoldaşı Anna Draper rolu ilə tanınır. 2013-2014-cü illərdə Hemilton “Bic xadimələr” serialına çəkilib, daha əvvəl isə “Qanun və Qayda”, “C.S.I: Cinayət yeri – Mayami”, “Bədən hissələri”, “Xəfiyyə Raş”, “Kabuslarla söhbət edən”, “Cinayətkar kimi düşünmək”, “Axtarıcı”, “Mentalist”, “Kasıl”, “Özəl praktika”, “Sümüklər”, “Ehtirasın anatomiyası”, “Amerika ailəsi”, “Xalis qan” və digər tanınmış seriallarda qonaq rollara dəvət olunub. Böyük ekranlarda “Yaşayış məskəni – Yer”, “Yatan itlər yalan danışa bilər” (2006), “Korporativ işlər” (2008) və “Tanrı Amerikanı qoru” (2011) filmlərinə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%8D%D0%BC%D0%B8%D0%BB%D1%82%D0%BE%D0%BD,_%D0%9C%D0%B5%D0%BB%D0%B8%D0%BD%D0%B4%D0%B0_%D0%9F%D0%B5%D0%B9%D0%B4%D0%B6

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç