Tara Barr

Tara Barr

Aktrisa

BİOQRAFİYA

Tara Linn Barr 2 oktyabr 1993-cü ildə Kaliforniya ştatının Orinc şəhərində anadan olub. Valideynləri uzun müddət “Southern Californiya Edison Company” şirkətində çalışıblar, uşaqlığında onu və bacısı Erini “Boys and Girls Clubs of Huntington Valley” internat məktəbinə göndəriblər. Məktəbdə teatr proqramının işə salınmasından sonra Taranın bacısı kastinqlərdən uğurlu şəkildə keçir və bir neçə teatr tamaşasında səhnəyə çıxır. Bacısını səhnədə görən Tara ondan ilhamlanaraq, öz şansını da aktyorluq sənətində sınamağa qərar verib. 7 yaşında olanda Tara Linn "ClubHouse Theater" teatrının uşaq tamaşasının kastinqindən keçib və beləcə aktrisa karyerasına start verib. Növbəti üç il ərzində 10 tamaşada iştirak edib. 9 yaşında olanda kino və televiziyada karyerasını davam etdirməsi üçün agentlə təmin olunmasını istəyib. 11 yaşında olanda “Road Kill” (2005) qısametrajlı filmində ilk rolunu alıb. Həmin film Nyu-York qorxu filmləri festivalında “Auditoriyanın seçimi” nominasiyasında mükafat qazanıb və Encore telekanalında yayımlanıb. Daha sonra NBC, Disney və Nickelodeon telekanallarının müxtəlif uşaq seriallarında iştirak edib. 2011-ci ildə rejissor Bob Qoldtueytin “Tanrı Amerikanı Qoru” filmində Roksi rolunu oynamaqla böyük kinoda debütünü gerçəkləşdirib. Daha çox “Tanrı Amerikanı Qoru” filmində oynadığı rolla məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B0%D1%80%D0%B0_%D0%9B%D0%B8%D0%BD%D0%BD_%D0%91%D0%B0%D1%80%D1%80

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç