Denni Pan

Denni Pan

Rejissor, ssenarist, prodüser, montajçı

BİOQRAFİYA

Denni Pan 1965-ci ildə anadan olub. Denni qardaşı Oksiddən 15 dəqiqə sonra doğulub. Əkiz qardaşı Oksid Panla duet şəklində fəaliyət göstərir. 2002-ci ildə premyerası baş tutan “Göz” trilleri ilə dünya şöhrəti qazanıblar. Film o qədər uğurlu alınıb ki, bir neçə il sonra iki sikveli və Cesika Albanın baş rola çəkildiyi eyniadlı Hollivud remeyki və Naina adlı Bollivud remeyki ekranlara çıxıb. Başlıca olaraq Honkonqda fəaliyyət göstərsələr də, ikinci vətənləri demək olar ki, Tailanddır. Tayland kino industriyasının inkişafına öz töhvələrini veriblər. Elə rejissor debütlərini də “Təhlükəli Banqkok” filmi ilə məhz Tailanda gerçəkləşdiriblər. Həmin film qardaşlara 2000-ci ildə Toronto Beynəlxalq Festivalında FİPRECİ mükafatını qazandırıb. Denni rejissor fəaliyyətindən əvvəl nüfuzlu video montajçı olub. Çoxsaylı Honkonq filmlərini montaj edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm0659380/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç