Kendi Lo

Kendi Lo

Müğənni, aktrisa

BİOQRAFİYA

Kendi Lo – honkonqlu kanto-rok müğənni, bəstəkar, keçmiş model və aktrisadır. 18 oktyabr 1974-cü ildə Honkonqda anadan olub. 3 uşaq anasıdır. Əvəllər “Black and Blue” rok qrupunun əsas vokalisti olub. 1998-ci ildən solo müğənni karyerasına start verib. “Trash” və “Please Break Up” mahnıları ilə məşhurlaşıb. Lo eyni zamanda kifayət qədər şöhrət qazanmış Honkonq aktrisadır. Başlıca olaraq komediya janrında olan filmlərdə ikinci plan rollara çəkilib. 2001-ci ildə 20-ci Honkonq Kino Mükafatlandırma mərasimində 3 nominasiya üzrə mükafata namizəd olub. (Tsui Harkın “Zaman və Axın” filmi və “On iki gecə” filmində oynadığı rollara görə). Daha çox “Göz” (2002), “Zaman və Axın” (2000), Luk Lau Hau Joh (2003), Shap yee yeh (2000) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində ümumilikdə 22 televiziya/bədii film və seriala çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm0516284/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç