Lourens Çou

Lourens Çou

Müğənni, aktyor

BİOQRAFİYA

Lourens Çou 19 aprel 1979-cu ildə Honkonqda anadan olub. Ailəsinin Kanadaya köçməsindən sonra uşaqlığı Vankuver şəhərində keçib. Balaca uşaq olandan musiqiyə böyük sevgisi olub. Unikal vokal istedadı sayəsində Vankuverdə bir sıra mahnı müsabiqələrinin qalibi olub. 1998-ci ildə BMG şirkəti ilə müqavilə bağlayaraq ilk albomunu buraxıb. Sonradan Tayvana köçən Çou qısa zamanda özünü ölkənin ən parlaq gənc müğənnilərindən biri kimi özünü sübut edib. 1998-ci ildə Asiyanın MTV telekanalı sayılan “5-ci kanal” onu Ən yaxşı gənc müğənnimükafatı ilə təltif edib. Çou həmçinin bir müddət uğurlu şəkildə musiqi prodüseri kimi fəaliyyət göstərib. Kinoda debütün 2001-ci ildə Sevgi Qəhrəmanlıar filmində epizodik rolla gerçəkləşdirib. Bir il sonra ekranlara çıxan “Göz” filmində oynadığı rolla qısa zaman kəsiyində Honkonq kinomanlarının sevgisini qazanıb. Həmin çıxışına görə ən yaxşı yeni aktyor/aktrisa nominasiyasın 2002-ci il Honkonq Kino mükafatını əldə edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Lawrence_Chou

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç