Anjelika Li

Anjelika Li

Aktrisa, müğənni

BİOQRAFİYA

Anjelika Li 23 yanvar 1976-cı ildə Malaziyanın Kida şəhərində anadan olub. Karyerasına müğənni olaraq başlayıb, Tayvanda aktrisalıq sənətində ilk addımlarını atıb, daha sonra peşəkar karyerasını qurmaq üçün Honkonqa köçüb. Kinoda daha çox “Göz” (The Eye, 2002), “Təkrar istehsal” (Re-Cycle, 2006), “Sam hoi tsam Yan” (2008), “20:30:40” (2004) filmlərində oynadığı rollları ilə tanınır. Karyerası ərzində 24 televiziya/bədii film və serial rolu olub. Son çəkildiyi film “The Garden of Evening Mists” adlanır. Post-pradakşn mərhələsində olan filmin 2019-cu ildə işıq üzü görəcəyi gözlənilir. Pan Qardaşlarının “Göz” trillerində oynadığ rol ona Honkonq Kino Festivalında ən yaxşı aktrisa nominasiyasında “Qızıl At” mükafatı qazandırıb. Həmçinin 2001-ci ildə “Betelnut Beauty” filmində oynadığı rola görə Berlin Kino Festivalında “ən yaxşı gənc aktyor/aktrisa” nominasiyası üzrə mükafatlandırılmış nadir asiyalı artistlərdən hesab olunur. Aktrisa “Göz” filminin rejissorlarından biri - Oksid Panla evlidir. Cütlüyün 2016-cı ildə iki əkiz oğlu dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Angelica_Lee

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç