Ceyn Levi

Ceyn Levi

Aktrisa

BİOQRAFİYA

Ceyn Levi 29 dekabr 1989-cu ildə ABŞ-ın Los-Anceles şəhərində rəssam Meri Levi və musiqiçi Lestor Levinin ailəsində dünyaya göz açıb. Atası yəhudi, anasi ingilis, şotland və irland əsillidir. Uşaqlığı Şimali Kaliforniyanın Marin dairəsində keçib. Orada orta məktəbə gedib. Məktəb illərində qızlardan ibarət futbol klubunun kapitanı olub, eyni zamanda hip-hop rəqslərlə məşğul olub, “Enni” və “Oz diyarının sehrbazı” tamaşalarında səhnəyə çıxıb. Daha sonra Qauçer Kollecini bitirib və Nyu-Yorkda Stella Adlerin aktyor studiyasına qəbul olunub. İki illik təhsili başa vurub Los-Ancelesə geri dönüb. Showtime telekanalının “Utanmazlar” komediya serialının birinci mövsümündə vaxtaşırı kamera önünə çıxan Mendi Milkoviç rolunu qazanıb. 2011-ci ilin fevral ayında ABC telekanalında yayımlanan “Şəhər kənarı” komediya serialında baş rola dəvət olunub. Ceremi Sisto, Şeril Hayns və Ana Qasteyer kimi aktyorlarla “çiyin-çiyinə” çəkilib. Həmin şouda Levid öz hekayəsini danışan baş qəhrəman Tessa Altman rolunda çıxış edir. Serial tənqidçilərin müsbət rəyini qazanıb, televiziya reytinqlərində yüksək pillələrə qalxa bilib. Daha çox “Şəhər kənarı” sitkomunda Tessa Altman və “Qorxunc ölülər” filmində Miya rolu ilə tanınır. AOL nəşri Levini şou-bizin ən məzəli qadınları reytinqində 11-ci yerdə göstərib. Bir qədər sonra Forbes jurnalı əyləncə sektorunun yaşı 30-dan aşağı yeni ulduzları siyahısına daxil edib. Böyük kinoda debütünü Levi “Heç Kim Getmir” adlı müstəqil bədii filmində həyata keçirib. Filmin premyerası 2012-ci ilin baharında “Sanden” kinofestivalında baş tutub. 25 aprel 2016-cı ildə Ceyn “Tvin Piks” serialında əsas rollardan birinə qatılıb. 2018-ci ildə “Ofis hərcmərcliyi” komediyasında baş qadın roluna çəkilib. Şəxsi həyatına gəlincə 2011-ci ildə aktyor Ceym Freytasla evlənib. 2013-cü ildə Levi münasibətlərin korlandığını əsas gətirərək boşanma ilə bağlı məhkəməyə müraciət edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D0%B2%D0%B8,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç