Ömər Fərrux Abd-Allah

Ömər Fərrux Abd-Allah

Dini xadim

BİOQRAFİYA

Fəlsəfə elmləri doktoru (F.E.D.) Ömər Fərrux Abd-Allah – amerikalı İslam şeyxidir. 1948-ci ildə ABŞ-ın Nebraska ştatının Kolumbus şəhərində anadan olub. Xristian (protestant) ailəsində böyüsə də, Malkolm İksin əsərlərini oxuduqdan sonra İslam dinini qəbul edib. Cornel Universiteti, Missuri Universiteti və Çikaqo Universitetinin məzunudur. Mühafizəkar Amerikalı İslam alimləri ilə sıx əlaqələri ilə seçilir. Suriya problemi ilə bağlı , həmçinin “İmam Malik” və “Aleksandr Veb” mövzularında müxtəlif kitabları nəşr olunub. 2003-cü ildə National Geographic telekanalının “Məkkə” sənədli filminə çəkilib. “Məkkə” – National Geographic kanalının sifarişi ilə rejissor Ənisa Mehdi tərəfindən lentə alınmış və həcc ziyarətindən bəhs edən sənədli filmdir. İslam dininin beynəlmiləl prinsipləri, onun meydana gəlməsi və inkişafı ilə bağlı dolğun məlumatlar verməklə yanaşı, Məkkənin həm müsəlman, həm də qeyri-müsəlman dünyası üçün tarixi önəminə diqqət çəkir. Ekran əsəri müxtəlif ölkələr və irqlərdən olan bir neçə müsəlmanın ziyarətə fiziki və mənəvi hazırlığından tutmuş, Məkkədə yerinə yetirdikləri vacib ayinlərə kimi bütün Həcc yolunu əhatə edir. Müəllifin sözlərini tanınmış Hollivud aktyoru Kit Devid tərəfindən səsləndirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

http://www.shaykhpedia.com/view/umar-faruq-abd-all...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç