Con Bencamin Higgi

Con Bencamin Higgi

Aktyor

BİOQRAFİYA

Con Bencamin Hikki 25 iyun 1963-cü ildə Texasda anadan olub. 1981-ci ildə doğma Plano şəhərində Sent Hay məktəbini bitirib. 1981-1983-cü illərdə Texas Dövlət Universitetində ali təhsil alıb. 1985-ci ildə Fordhem Universitetində ingilis dili və ingilis fəlsəfəsi üzrə bakalavr dərəcəsi alıb. 1990-cı ildə “Molli Doddun günləri və gecələri” serialına çəkilib. Serialdan sonra prodüserlərin diqqətini cəlb edən aktyor sonrakı illərdə “ “Qanun və Qayda”, “Günəş sisteminin üçüncü planeti”, “Casus qadın”, “Ləkəli ad”, “Hannibal” və digər serialların çəkilişlərində iştirak edib. Paralel olaraq teatr səhnəsinə çıxır. 2011-ci ildə “Normal ürək” tamaşasında oynadığı rola görə “Toni” mükafatına layiq görülüb. Şəxsi həyatına gəlincə aktyor homoseksual olduğunu mətbuatdan gizlətmir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://kino.mail.ru/person/503513_john_benjamin_hickey/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç