Aliyə Şövkət

Aliyə Şövkət

Aktrisa, prodüser

BİOQRAFİYA

Aliyə Şövkət 18 aprel 1989-cu ildə ABŞ-ın Kaliforniya ştatının Riversayd şəhərində anadan olub. Atası aktyor Toni Şövkətdir. Uşaqlığı Palm-Sprinqs rayonunda keçib. İki qardaşı var. Aktyor Pol Börk ana babası olub. Şövkətin atası Bağdaddan olan İraq ərəbidir. Anası əslən norveçlidir, ancaq damarlarında eyni zamanda irland və italyan qanı da axır. Aliyə asudə vaxtlarında rəssamlıqla məşğul olur. Los-Anceles, Mexiko və Parisdə müxtəlif sərgilərdə iştirak edib. O eyni zamanda musiqini sevir və caz-barlarda mahnılar ifa edir. Şövkət 2002-ci ildə “Özündən çıxma halı” serialında oynadığı rola görə “Gənc aktyor/aktrisa” mükafatına namizəd olub. 2005-ci ildə isə “Ləng inkişaf” teleserialında canlandırdığı Meybi Fünke obrazı ilə həmin mükafata sahib çıxıb. Həmçinin “Ləng İnkişaf” serialındakı roluna görə ən yaxşı komediya aktyor heyəti kateqoriyasında serialın aktyor heyəti ilə birgə üç dəfə (2005, 2006 və 2014) “ABŞ Kinoaktyorları Gildiyası” mükafatına namizəd olub. Daha çox “Ləng inkişaf” teleserialında Meybi Füke rolu ilə məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%BE%D0%BA%D0%B0%D1%82,_%D0%90%D0%BB%D0%B8%D1%8F

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç