Aleksis Bledel

Aleksis Bledel

Aktrisa, prodüser

BİOQRAFİYA

Kimberli Aleksis Bledel 16 sentyabr 1981-ci ildə ABŞ-ın Hyüston şəhərində anadan olub. Atası Martin Bledel qanında Danimarka, alman və anqlo-sakson qanı axan argentinalı Bartin Bledel, anası alman və anqlo-sakson əsilli Nanett Blekydir. Şimali Avropa əsilli olmasına baxmayaraq Bledelin ana dili ispan dilidir. Səkkiz yaşında olanda valideynləri həddindən artıq utancaq olan qızlarının açılışması üçün onu özfəaliyyət teatrına göndəriblər. Səhnədə istedadını üzə çıxaran Bledel “Bizim şəhər” və “Oz şəhərinin sehrbazı” kimi tamaşalarda iştirak edib. Yerli ticarət mərkəzində alış-veriş edən zaman yaraşıqlı qız və oğlanların axtarışına çıxan agentliyin diqqətini cəlb edir. Nəticədə Bledel model vəzifəsinə işə düzəlir. Aleksis Hyüstonun müqəddəs Aqnessa akademiyasında oxuyub. Daha sonra Reyc Parks model və aktyorluq məktəbini bitirib. “Gilmor qızları” serialında ilk rolunu alana qədər 1 il müddətinə Nyu-York universitetində kinematoqrafiya üzrə ali təhsil alıb. 2002-ci ildə “Teen People” jurnalı onu “ən cazibədar gənc ulduzlar”ın reytinqinə daxil edib. “Gilmor qızları” serialında Aleksis tənha ananın qızı Rori Gilmor rolunu oynayır. Serialın əvvəlində, Rori yuxarı sinif şagirdi olanda anası ilə yaşayır, ancaq məktəbi bitirdikdən sonra evi tərk edir və Yel Universitetində oxuyur, daha sonra isə “Yel Deyli Nyuz” qəzetində redaktor vəzifəsinə işə düzəlir. Aleksis mətbuata verdiyi müsahibələrin birində bir çox cəhətdən, o cümlədən xarakter və valideynlərlə münasibəti baxımından öz qəhrəmanına çox bənzədiyini bildirib. Peşəkar fəaliyyətində adından istifadə etmir, belə ki, titrlarda sadəcə Aleksis Bledel yazılır.Şəxsi həyatına gəlincə 2014-cü ildə “Dəlilər” serialındakı tərəf-müqabili Vinsent Kartayzerlə ailə qurub. Toya qədər onlar 2 il görüşüblər. Cütlüyün 2015-ci il təvəllüdlü oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BB%D0%B5%D0%B4%D0%B5%D0%BB,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B8%D1%81

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç