Alek Salkin

Alek Salkin

Ssenarist, prodüser

BİOQRAFİYA

Alek Salkin – amerikalı ssenarist, prodüser və aktyordur. 14 fevral 1973-cü ildə ABŞ-da anadan olub. Daha çox “Qriffinlər” cizgi serialı üzərində gördüyü işə görə tanınır. Adıçəkilən serialın çoxsaylı epizodlarına ssenari yazıb və prodüseri olub. “Qriffinlər” və “Klivlend şousu” seriallarında bir neçə pesonajı səsləndirib. “Kreyq Kilbornla gecə şousu” proqramının ssenarisini yazıb; verilişin ilk 3 mövsümündə baş ssenarist vəzifəsini tutub. 2010-cu ilin avqust ayında Salkin və onun həmkarı Uellesli Uayld "20th Century Fox Television" telekanalı ilə 3 illik kontrakt bağlayır. “Qriffinlər”dəki fəaliyyətini davam etdirdiyi əsnada, cizgi serialındakı həmkarı Set Makfarleynlə birgə “Üçüncü Artıqdır” komediyasına ssenari yazıb. Onlar eyni zamanda 85-ci “Oskar” mükafatlandırma mərasimində aparıcının çıxışı və məzəli replikalarını yazıblar. Tədbirdə Makfarleyn aparıcı olub. 2014-cü ildə isə yenidən Makferleynlə əməkdaşlığı nəticəsində "Ağlı İtirmək Üçün Milyon Vasitə" adlı vestern komediyasını ərsəyə gətirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

http://www.proficinema.ru/guide/index.php?ID=161924&PROP_NAME=SPRAV_AKTER

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç