Devrim Evin

Devrim Evin

Aktyor

BİOQRAFİYA

Devrim Evin - İstanbul və Londonda fəaliyyət göstərən türk aktyordur. 12 noyabr 1978-ci ildə Adıyaman əyalətinin Gölbaşı şəhərində (Türkiyə) doğulub. 2001-ci ildə Hacettepe Universiteti nəzdində Ankara Dövlət Dram İncəsənət Akademiyasının məzunu olub. Ali təhsilini bitirdikdən sonra Türkiyə Milli Teatrının truppasına qoşulub. Daha sonra isə kino və yerli seriallara çəkilməyə başlayıb. Müxtəlif beynəlxalq teatr layihələrində iştirak edib; Grotovski İnstitutunun (Polşa), Odin Teatret teatrının (Danimarka), Avropa Mədəniyyət Paytaxtı Layihəsinin müxtəlif tamaşalarında iştirak edib. Kinoda daha çox “Fəth 1453” tarixi blokbasterində Sultan II Mehmet və “Yunus Əmrə - Sevginin səsi” filmində Yunus Əmrə rolu ilə məşhurlaşıb. Sadalanan filmlər dünyanın 50-dən çox ölkəsində nümayiş olunub. 2014-cü ildə “Hər Sevda Bir Vida” adlı teleserialda Turqut rolunu oynayıb. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Devrim_Evin

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç