Erni Hadson

Erni Hadson

Aktyor

BİOQRAFİYA

Ernest Li (Erni) Hadson 17 dekabr 1945-ci ildə ABŞ-ın Miçiqan ştatının Benton-Harbor şəhərində dünyaya göz açıb. Atasını tanımayıb, anası isə Erni 2 aylıq körpə olanda vərəm xəstəliyindən dünyasını dəyişib. Ona görə onu ana nənəsi Arrana Donald böyüdüb. Hadson Ueyn Dövlət Universitetini bitirib. Daha sonra Yel Dram Məktəbində oxuyub. Minnesota Universitetində magistr pilləsinə qəbul olunsa da, təhsili yarımçıq buraxıb. Karyerası ərzində 235-dən çox televiziya/bədii film və seriala çəkilib. Daha çox “Kabus ovçuları” (1984) və onun sikveli “Kabus Ovçuları 2” horror-komedi filmində oynadığı Uinston Zeddemorrolu ilə məşhurlaşıb. Eyniadlı cizgi filmində Zeddemor personajını səsləndirmək üçün dinləmələrdə iştirak etməsinə baxmayaraq, həmin rol Arsenio Holla nəsib olub. 1963-1982-ci illərdə Cenni Murla ailəli olub. 1985-ci ildə isə Linde Kinqsberqlə evlənib. Cütlüyün birgə nikahdan 2 oğlu var. Aktyorun eyni zamanda birinci nikahdan iki oğlu olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ernie_Hudson

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç