Coan Didion

Coan Didion

Yazıçı, jurnalist, ssenarist

BİOQRAFİYA

Coan Didion 5 dekabr 1934-cü ildə Amerikanın Kaliforniya ştatının Sakrament şəhərində anadan olub. Oxumağı öyrənəndən sonra evdəki bütün kitabları oxuyub qurtarıb. Artıq məktəbə gedəndə anasının yazılı razılığı ilə böyüklər üçün nəzərdə tutulmuş kitabları da oxumağa başlayıb. Özünü utancaq, kitabsevər uşaq kimi xarakterizə edib. İkinci dünya müharibəsi dövründə atası aviasiyada xidmət etdiyindən ailəsi tez-tez yaşayış yerini dəyişib. Ona görə Coanın məktəbdə həddindən artıq qaibi olurdu və dərslərindən geri qalırdı. 1943-cü ildə, daha sonra isə 1944-cü ilin əvvəlində ailə yenidən Sakramentoya qayıdır. Atası müdafiə nazirliyinin sifarişlərini yerinə yetirmək üçün Detroyta yollanır. “Mən hardan gəlmişəm?” adlı xatirə kitabında (2003) daima həyacan içində atasının yolunu gözləməsi ilə böyüdükdən belə bu narahatçılıq hissindən qurtulmadığını və özünü “didərgin düşmüş” biri kimi hiss etdiyini bildirir. 1956-cı ildə Didion Kaliforniya Universitetini bitirib. İngilis dili üzrə bakalavr dərəcəsi əldə edib. Daha sonra "Vogue" moda jurnalının sponsorluğu ilə keçirilən "Esse" müsabiqəsində iştirak edib. Konkursda qalib gəldikdən sonra redaksiyada assistent vəzifəsinə işə götürülür. Daha çox amerika əxlaq normalarının çöküşü və mədəni xaos mövzularına toxunan romanları ilə məşhurlaşıb. Əksər əsərləri özlüyündə bir təşvişi tərənnüm edir. Jurnalda çalışdığı illərdə gələcək həyat yoldaşı – həmin vaxt "Time" jurnalı ilə əməkdaşlıq edən Con Qreqori Danna ilə tanış olur. Cütlük 1964-cü ildə ailə qurur və tezliklə Los-Ancelesə köçürlər. Kaliforniya 20 ildən çox onların daimi yaşayış yeri olur. 1966-cı ildə Kintana Ru Dann adlandırdıqları qız uşağını övladlığa götürüblər. Onun uşaqlığını və xəstəliyini Didion 2005-ci ildə “Sehirli düşüncə ili” adlı xatirələr kitabında geniş təsvir edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B8%D0%B4%D0%B8%D0%BE%D0%BD,_%D0%94%D0%B6%D0%BE%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç