Con Evnet

Con Evnet

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Conatan Maykl Evnet 17 noyabr 1949-cu ildə Bruklində (Nyu-York ştatı, ABŞ) yəhudi ailəsində anadan olub. Coan Berta Qrossman və Lester Frensis Evnetin oğludur, Avnet korporasiyasının direktorudur. Con L.Miller adına orta məktəbi bitirib. Daha sonra təhsilini Sara Lourens adına kollecdə davam etdirib. Rejissor olaraq debütünü 1991-ci ildə “Qızarmış yaşıl pomidorlar” filmini çəkməklə gerçəkləşdirib. Film çoxsaylı kinomükafatlarına layiq görülüb, tənqidçilərin müsbət rəyini qazanıb. Con Evnet eyni zamanda kino və televiziya prodüseri kimi də məşhurdur. Prodüser işləri arasında ən əlamətdar kino və televiziya layihələrinə – “Kişi qadını sevəndə”, “Cəngəllikdən çıxmış Corc”, “Qara qu quşu” filmlərini misal gətirmək olar. 1975-ci ildən bəri rəssam Barbara Brodi ilə evlidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jon_Avnet

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç