Ömər Şərif

Ömər Şərif

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Ömər Şərif 10 aprel 1932-ci ildə Misirin İsgəndəriyyə şəhərində anadan olub. Ömər Şərifin əsl adı Mişel Demetri Şalhubdur. Aktyor karyerasına 1954-cü ildə "Cəhənnəmin səması" filmi ilə başlayıb. O 1962-ci ildə "Oskar" mükafatına namizəd olub və 1963, 1966-cı illərdə isə iki dəfə "Qızıl Qobus” mükafatına layiq görülüb. Şərif ikinci "Qızıl Qlobus"u Boris Posternakın romanı əsasında çəkilən "Doktor Jivaqo" filmində oynadığı baş roluna görə qazanıb. Daha sonra Henri Levinin “Çingizxan” filmində Çingizxan obrazını canlandırır. "Ərəbistanlı Lourens" filmindən sonra aktyor Hollivud və Avropada populyarlaşıb. 2003-cü ildə Venesiya kinofestivalında kinematoqrafiyanın inkişafındakı xidmətinə görə "Qızıl şir" mükafatını qazanıb. 2009-cu ildə çəkilmiş "Sizə deməyi unutdum" filmində Ömər Şərif "Altsheymer" xəstəliyindən əziyyət çəkən adamın rolunu ifa edib. Maraqlıdır ki, Ömər Şərif "Şirlərlə döyüş" (1994) filmində Azərbaycan lideri Səfər Xanın rolunu canlandırıb. Film Dağlıq Qarabağ hadisələrindən bəhs edir. “Ərəbistanlı Lourens” (1962), “Doktor Jivaqo” (1965), “Gülməli qızcığaz” (1968) və digər filmlərin ulduzu sonuncu dəfə 2013-cü ildə kinoya çəkilib. "Ərəbistanlı Lourens" filmindəki roluna görə məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B0%D1%80%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç