Nikolas Tse

Nikolas Tse

Aktyor, rejissor, prodüser, musiqiçi, bəstəkardır

BİOQRAFİYA
Nikolas Tse 29 avqust 1980-ci ildə Honkonqda (ÇXR) anadan olub. Atası Honkonq aktyoru Patrik Se anası aktrisa Debora Lidir. Kiçik bacısı Cenifer Sedir. Müqəddəs Qeorq adına beynəlxalq məktəbdə oxuyub. Ancaq 10-cu sinifdən məktəbi atıb. Daha sonra ABŞ-a, oradan isə Kanadanın Vankuver şəhərinə köçüb. Musiqi təhsili aldıqdan sonra Honkonqa geri qayıdıb. Kinoda daha çox “Cangüdənlər və qatillər” (2009), “Sevən qəhrəmanlar” (2001), “Yeni polis hekayəsi” (2004) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində ümumilikdə 55 televiziya/bədii filmə və seriala çəkilib. Emperor Entertainment Group kino şirkətinin üzvüdür. Uşaqlıqda döyüş növlərini televiziyadan və müxtəlif videolardan müstəqil şəkildə öyrənib. Sonradan idmanla peşəkar səviyyədə məşğul olmağa başlayıb.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Се,_Николас

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç