Anna Feris

Anna Feris

Aktrisa

BİOQRAFİYA

Anna Feris 29 noyabr 1976-cı ildə Baltimorda (Merilənd ştatı, ABŞ) anadan olub. Anna Vaşinqtonun Edmond vilayətində boya-başa çatıb. Gənc yaşlarından aktrisa olmağı arzulayırdı, valideynləri onun bu istəyini dəstəkləyirdilər. Doqquz yaşı olanda Sietl teatrında ilk rolunu oynayıb. Edmond məktəbini bitirdikdən sonra Vaşinqton Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsinə daxil olur. Televiziyada ilk işlərindən biri dünyada məşhur olan “Dostlar” serialında Erika rolu olur. Sarışın aktrisanın serialdakı iştirakı bir çox tənqidçilərin diqqətini cəlb edir. Böyük kinoda diqqət çəkən ilk rolu isə 1999-cu ildə manyak qatildən bəhs edən kriminal janrlı “Aşiqlər döngəsi” filmindəki Canell Bey obrazı olur. 24 yaşı olanda “Çox qorxulu kino” filmində Sindi Kempbell roluna görə dünya şöhrəti qazanır. Qorxu filmlərinə parodiya olan komediyada Anna Feris sarışın müxbir rolunda çəkilib. 19 milyon dollar büdcəsi olan film dünya kinoprokatından 78 milyon gəlir gətirib. Sonra “Çox qorxulu kinonun” növbəti üç sikvelində iştirak edir. Tez bir zamanda Hollivudun populyar komediya aktrisası titulunu qazanan Anna müxtəlif komediyalara çəkilmək üçün dəvətlər alır. Komediyadan başqa Feris dramatik rollarda da çəkilir. 2005-ci ildə Enq Linin “Donqar dağ” və Sofiya Koppolanın "Tərcümənin çətinlikləri” filmlərində çəkilib. Lakin karyerası boyu faciəvi ampluada baş rola hələlik dəvət almayıb. Anna Feris həmçinin animasiya filmlərinin səsləndirilməsində də iştirak edir. ”Elvin və sincablar” filmində Canet personajını məhz Feris səsləndirir. Anna sarışındır, lakin Sindi Kempbell roluna görə saçını qara boyamışdı.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Anna_Feris

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç