Dominik Pörsell

Dominik Pörsell

Aktyor

BİOQRAFİYA

Dominik Hokun Mirtved Pörsell 17 fevral 1970-ci ildə İngiltərədə anadan olub. Ata babası norveçli, ata nənəsi isə irland olub. İki yaşında olanda ailəsi İngiltərədən Avstraliyanın Bondi şəhərinə köçüb. “Platoon” filminin onda doğurduğu müsbət təəssüratlardan sonra aktyor olmağı qərara alır və dram məktəbinə daxil olur. Daha sonra Avstraliya Gənclər Teatrında aktyorluq kurslarına gedir və Qərbi Teatr İncəsənət Akademiyasına qəbul olunur. Orada məşhur aktyor Hyü Cekmanla bir kursda oxuyur, gələcək həyat yoldaşı Rebeka ilə də orada tanış olur. Yeniyetməlik illərində sörfinqlə məşğul olub. Pörsellin aktyor karyerası 90-cı illərin əvvəlində Avstraliya televiziyasında başlayıb. 1991-ci ildə məşhur Avstraliya sabun-operası olan “Evə və evdən uzaqlara” serialında kiçik rol alıb. 2000-ci ildə ABŞ-a köçdükdən sonra “Qeyri-mümkün tapşırıq 2”, “Ekvilibrium” kimi blokbasterlərdə epizodik rollara çəkilib. Daha sonra “Con Dou” serialında baş rola dəvət olunur. Serialın başa çatmasından sonra “Bleyd: Üçlük” filmində baş antaqonisti – Dreyk adlı vampiri oynayıb. 2005-ci ildə Dominik Pörsell “Həbsxanadan qaçış” kriminal teledramında karyerasının ən uğurlu rolu sayılan Linkolin Barrouz roluna çəkilir. Aktyor pilot epizodun çəkilişlərinə cəmi üç gün qalmış çəkiliş heyətinə qoşulub. 2014-2016-cı illərdə “Fleş” serialında “İstilik dalğası” adlı super antiqəhrəman rolunu oynayıb. Daha çox “Həbsxanadan qaçış” serialında Linkolin Barrouz, “Bleyd: Üçlük” filmində Dreyk, “Uolt-Stritə silahlı hücum” filmində Cim Beksford rolu ilə məşhurlaşıb. 2000-ci ildə Pörsell ABŞ-da yaşamaq və işləmək üçün icazə alıb və həyat yoldaşı Rebekka və 1999-cu il təvəllüdlü oğlu Cozeflər Laqun-Biçə köçüb. ABŞ-da onların daha 3 övladı – 2001-ci il təvəllüdlü oğlu və 2003-cü il təvəllüdlü Lili və Avqustus adlı əkizləri dünyaya gəlib. 2008-ci ildə aktyor həyat yoldaşı ilə boşanıb. 2011-ci ildə aktrisa Anna-Linn Makkordla görüşməyə başlayıb. 2014-cü ildə ayrılsalar da, 2016-ci ildə münasibətləri bərpa ediblər. Lakin iki il sonra yenidən yollarını ayırıblar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Dominic_Purcell

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç