Ceyms Darsi

Ceyms Darsi

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Ceyms Saymon Darsi 24 avqust 1975-ci ildə Londonun Fulhem şəhərində anadan olub. Uşaq olanda atası vəfat edib. Onu və bacısı Korelaynı anası təkbaşına böyüdüb. 1991-ci ildə Christs Hospitalda təhsilini başa vurduqdan sonra bir il müddətinə Avstraliyaya yollanıb. Orada Pört şəhər məktəbinin dram şöbəsində işə düzəlib. İşlədiyi illərdə onda aktyorluq sənətinə maraq yaranıb. Londonda qayıtdıqdan sonra teatr məktəbinə daxil olub, daha sonra London Musiqi və Dram İncəsənət Akademiyasında 3 illik kurs keçib, 1995-ci ildə bakalavr dərəcəsi əldə edib. London akademiyasında çalışdığı müddətdə: “Herakl”, “Necədir”, “Vəhşi bal”, “Şəhərin azadlığı” və “Şerlok Holms” kimi tamaşalarda iştirak edib. Teleekranlarda “Lal şahid” (1996) və “Delzil və Peskou” (1996) kimi seriallarda epizodik rollara çəkilməklə debütünü həyata keçirib. 1997-ci ildə “Tom Consun hekayəsi” mini serialında Blifil rolunu oynayıb. 1999-cu ildə Deniel Kreyqlə “Səngər” dramına çəkilib. Həmçinin “Paradizo oteli” komediyasında kiçik rol alıb. 2000-ci illərdə karyerasında sürətli yüksəliş dövrü başlayıb və daha əhəmiyyətli rollara dəvət olunub. 2001-ci ildə “Üsyan edən ürək” (2001), “Nikolas Niklbinin həyatı və sərgüzəştləri” filmlərinə çəkilib. 2002-ci ildə “Şerlok: Şər işi” televiziya dramında gənc Şerlok Holms obrazını yaradıb. 2003-cü ildə “İ üzərindəki nöqtə” filmində Barnabi Kaspi rolunu oynayıb, Qael Qarsiya Bernal, Natali Verbeke kimi ulduzlarla çiyin-çiyinə kamera qarşısına çıxıb. 2003-cü ildə “P.O.W” serialında Cim Kaddon rolunu oynayıb. Daha sonra “Dəniz fatehləri: Dünyanın kənarında” adlı macəra filmində Rassel Krou və Pol Bettaninin tərəf-müqabili olub. Aktyor “İblisi qovan: Başlanğıc” (2004), “Amerikalı kabus” (2005), “Yüksəliş: Qan ovçusu” (2007) kimi qorxu janrında olan filmlərə də çəkilib. 2005-ci ildə “Puaro” detektiv serialının “Mavi qatarın sirri” adlı epizodunda ikinci dərəcəli rolda oynayır. Bundan savayı, “Qədim Roma: İmperiyanın yüksəlişi və süqutu”, “İnqilab”, “Yerə düşmüş mələklər” (2007), “Mensfild parkı” kimi seriallarda da oynayıb. 2011-ci ildə Madonnanın ikinci rejissor işi olan “Biz Məhəbbətə İnanırıq” filminə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/James_D%27Arcy

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç