Devid Klass

Devid Klass

Ssenarist, yazıçı

BİOQRAFİYA

Devid Klass - amerikalı ssenarist və yazıçıdır. Hollivud filmləri üçün 40-dan çox ssenari yazıb. Eyni zamanda 14 romanın müəllifidir. Ssenarilərini başlıca olaraq böyüklər üçün nəzərdə tutulan trillerlər təşkil edir, romanları isə əksinə böhran dövrü keçirən yeniyetmələrin həyatında bəhs edir. Klass Vermont ştatında böyüyüb və Nyu-Cersi ştatında boya başa çatıb. Atası ingilis dili professoru Morton Klas, anası isə pediatr, yazıçı və publisist, Nyu-York Taymz qəzetinin köşə yazarı Perri Klassdır. Əmisi elmi fantastik yazar Fillip Klasdır. Klass Leoniya orta məktəbində oxuyub. 1982-ci ildə Yel Universitetində tarix üzrə bakalavr dərəcəsi əldə edib. Daha sonra 1989-cu ildə Cənubi Kaliforniya Universitetinin Kino və Televiziya Ali Məktəbinin məzunu olub. Hazırda həyat yoldaşı Cizel Benatar ilə Nyu-Yorkda yaşayır. Bu nikahdan 2 övladı var. Daha çox “Qızları öp” (1997), “Geniş addımlarla” (2004), “Qəti ölçülər” (1998) filmlərinin ssenaristi və “Qanun və Qayda: Cinayət niyyəti” serialının prodüseri kimi tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm0458318/

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç