Mettyu Foks

Mettyu Foks

Aktyor

BİOQRAFİYA

Mettyu Çendler Foks 14 iyul 1966-cı ildə ABŞ-ın Pensilvaniya ştatının Abinqton şəhərində dünyaya gəlib. Valideynləri italyan, ingilis və irland əsillidir. Doğulduqdan bir müddət sonra ailəsi Vayominq ştatına köçüb. Orada qardaşları ilə fermada böyüyüb. Atlara və iribuynuzlu heyvanlara baxıb, “Coors” markalı pivə üçün arpa yetişdirib. Məktəbi bitirdikdən sonra Massaçusets ştatının Deerfield akademiyasına daxil olub. Bir müddət sonra isə Kolumbiya Universitetinə köçürülüb. Orada iqtisadiyyat ixtisası üzrə ali təhsil alıb, universitetin futbol yığmasında çıxış edib. Tələbəlik illərində sevdiyi qızın anası model agentliyində işləyir. Həmin qadın ona özünü reklam biznesində sınamağı tövsiyə edir. O təhsilini yarımçıq qoyaraq özünü aktyorluğa həsr edir. Nyu-Yorkun Kino və Televiziya məktəbində 2 il oxuduqdan sonra Los-Ancelesə köçüb. Bir müddət fotomodel olaraq pul qazanıb. 1992-ci ildə “Qanadlar” serialında aktyor debütünü edib, serialın cəmi 1 epizoduna çəkilib. Növbəti rolu – “Mənim sevgilim dirilib” filmində oynadığı rol olur və ona müəyyən qədər şöhrət qazandırır. Foks başlıca olaraq “Biz beş nəfərik” və “Kabuslarla danışan” seriallarında oynadığı rollarla məşhurlaşıb. İki uğurlu serialdan sonra Foks, müxtəlif filmlərdə iki il ərzində ikinci plan rollara çəkilməyə başlayıb. 2004-cü ildə karyerasının ən uğurlu layihəsi sayılan “Sağ qalmaq” macəra dramında baş rollardan birini qazanır. 2004-2010-cu illərdə Foks həmin seriala daha çox vaxt ayırıb və bir çox təklifləri rədd etmək məcburiyyətində qalıb. Əvvəl Soyer roluna götürülsə də, sonradan həkim Cek Şepard rolunu əldə edib. Qeyd edək ki, əvvəl bu rol məşhur aktyor Maykl Kitona təklif olunsa da, süjetdə erkən ölümü ilə əlaqədar həmin roldan imtina edib. Mettyu Foks 1991-ci ildən bəri Marqarita Ronçi ilə evlidir. Onların birgə nikahdan 1998-ci il təvəllüdlü qızı və 2001-ci il təvəllüdlü oğlu var. Fokst Arsenal futbol klubunun azarkeşidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Matthew_Fox

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç