Cenni Aqatter

Cenni Aqatter

Aktrisa

BİOQRAFİYA

Cenni Eqatter 20 dekabr 1952-ci ildə Böyük Britaniyanın Taunton şəhərində dünyaya göz açıb. Atası hərbi zabit olduğundan uşaqlığı atasının ezamiyyəti ilə əlaqədar müxtəlif ölkələrdə keçib; Almaniya, Kipr, Sinqapur, Malaziya kimi ölkələrdə yaşayıb. 11 yaşında olanda Kemberli (Sürrey qraflığı) şəhərinin Elmherst balet məktəbinə daxil olub. Növbəti il “Sudanın şərqində” adlı filmdə debütünü həyata keçirib. Daha sonra rəqs bacarıqlarını rejissor Norman Kempbellin “Balerina” dramında (1965) orta qoyub. Ardıncaq bir sıra filmlərə o cümlədən Edit Nesbitin “Dəmiryolçu uşaqları” romanı əsasında lentə alınmış eyniadlı ailə dramına çəkilib. Sözügedən filmdə ədalətsiz şəkildə mühakimə olunmuş şəxsin böyük qızı rolunda çıxış edib. Həmin film gənc aktrisanı britaniyalı ulduza çevirir. İş o həddə çatır ki, çoxsaylı çəkilişləri ilə əlaqədar teatr məktəbində dərslərini çatdıra bilmir. Həmin illər çəkildiyi ən yadda qalan filmlərdən biri rejissor Nikolas Rouqun “Yan keçid” (1971) adlı eksperimental dramıdır. Avstraliya çöllərində qardaşı ilə azmış yeniyetmə qız rolu aktrisanın karyerasında keçid dövrünün əsasını qoyur. 70-ci illərin ortalarından ABŞ-da artıq gənc və böyük rollarına çəkilir. ABŞ-da ilk böyük uğuru 1971-ci ildə rejissor Patrik Qarlandın “məhsulu” olan “Qar qazı” televiziya filmi olur. Çəkiliş pavilyonunda tərəf-müqabili tanınmış aktyor Riçard Harris olur. Həmin rola görə Eqatter ən yaxşı ikinci plan qadın rolu nominasiyasında amerikanın “Emmi” mükafatına layiq görülür. Daha çox “Qisasçılar” (2012), “Loqanın qaçışı” (1976), “Amerikalı qulyabani Londonda (1981), “Uşaq oyunları 2” (1990) filmlərində oynadığı rollara görə tanınır. Aktrisa karyerasına 60-cı illərin ortalarında BBC telekanalının The Railway Children teleserialına çəkilməklə qədəm qoyub, böyüdükdən sonra karyerasını Hollivudda davam etdirib. Şəxsi həyatına gəlincə1989-cu ildə incəsənət festivalında isveçli otel sahibi Yohan Semlə tanış olub. Elə həmin il onlar evlənirlər. Onların birgə nikahdan Conatan adlı oğulları var. Hazırda ailə Londonun Kembervell rayonunda yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%B3%D0%B0%D1%82%D1%82%D0%B5%D1%80,_%D0%94%D0%B6%D0%B5%D0%BD%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç