Prakaş Rac

Prakaş Rac

Aktyor, prodüser, rejissor, ssenarist

BİOQRAFİYA

Prakaş Rac hindistanlı aktyor, rejissor və prodüsser, Cənubi Hindistanın kinosənayesindəki işlərinə və Bollivudda çəkdiyi filmlərinə görə tanınır. Bir neçə ildən sonra ilk dəfə kinoda tamil dilində “Duet” filmində çəkilir və kommersiya baxımdan uğur qazanan aktyor Bollivudun məşhur ulduzuna çevrilir. Ardınca teluq, malayayam, hindistan dilində filmlərə çəkilib. O müxtəlif rolları icra edib, lakin antaqonist qismində daha çox tanınır. Onun bu istedadı ona 5 Milli, 5 "Filmfare Awards South" və 6 "Nandi Awards" mükafatı qazandırıb. Prakaş 26 mart 1965-ci ildə Banqalorda anadan olub. Uzun illər Karnataka ştatında həvəskar teatrda aktyor, rejissor və ssenarist kimi çalışıb və 2500-dən çox hind pyesinin və xarici adaptasiyaların quruluşçusudur. Onun ilk debüt işi 2010-cu ildə “Naanu Nanna Kanasu” filmidir. İkinci rejissor işi 2012-ci ildə “Dhoni” filmi böyük ekranlara çıxır. Üçüncü filmi “Duz və istiot” üç dildə: kannada, teluqu və tamil dillərində çəkilib. Prakaş dördüncü filmini dörd dildə çəkmək arzusundadır. Prakaş Rac “Milliyonçu” verilişinin ikinci mövsümündə aparıcı qismində çıxış edib. Prakaş aktrisa Lalita Kumari ilə evli olub. Onların iki qızı Meqhan və Puca və bir Sidhu adlı oğlu var. 2004-cü ildə oğlu vəfat edib. 2009 Lalita ilə ayrılan Rac, bir il sonra xoreoqraf Poni Verma ilə evlənib. 2016-cı ildə onların Vedhart adlı oğlanları dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D0%B4%D0%B6,_%D0%9F%D1%80%D0%B0%D0%BA%D0%B0%D1%88
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç