Ram Çaran Teja

Ram Çaran Teja

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Ram Çadan Teja 27 mart 1985-ci ildə Tamilnad ştatının paytaxtı Mədrəsdə (indiki Çennayda) anadan olub. Onun valideynləri - atası məşhur kino aktyoru Çirancivi və anası Sureha. Ramın Sumşita və Şrica adlı iki bacısı var. Onun qohumlarının əksəriyyəti kino aləmində aktyor, prodüser kimi tanınırlar. 1 dekabr 2011-ci ildə aktyor Pratap Reddinin nəvəsi, onun uşaqlıq dostu Upsana Kamineni ilə nişan mərasimi baş tutub. 14 iyun 2012-ci ildə Milli Hind adətləri ilə toy mərasimi keçirilib. 2007-ci ildə aktyor Neha Şarma ilə birikdə Puri Caqannatxanın filmində “Bəbir sıçrayışı” filmində çəkili və bu onun kinoda ilk debüt işidir. Ram Çadan ən yaxşı debüt kişi roluna görə "Filmfare Awards South" və "Nandi Awards" jurilərin xüsusi mükafatına layiq görülür. Onun ikinci filmi “Şöhrətli döyüşçü” 2009-cu ildə ekranlara çıxıb və üç il ən baxılan filmlər siyahısında yer alıb. “Xalanın evinə yol” filmindən sonra o ikili rolda çıxış etdiyi “Kalkutta qəhrəmanı” filminə çəkilib. Film aktyora üçüncü "Filmfare Awards South" mükafatı qazandırır. 2013-cü ildə Priyanka Çopra ilə birlikdə eyni zamanda iki versiyada - teluq və hind dilində çəkilən “Gecikmiş qisas” filmində baş rolda çəkilir. Bu onun Bollivudda ilk işidir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D0%BC_%...
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç