Kelli Qarner

Kelli Qarner

Aktrisa

BİOQRAFİYA

Kelli Brianna Qarner 11 aprel 1984-cü ildə Beykersfilddə (Kaliforniya ştatı, ABŞ) anadan olub. Kinoda ilk dəfə 16 yaşında Maykl Millsin rejissor olduğu "The Architecture of Reassurance" qısametrajlı filmində çəkilib. Film Oberxauzendə qısametrajlı filmlər Festivalında İnkişaf, Mədəniyyət və İdman Nazirliyinin mükafatını alıb. Gənc aktrisa rejissor Larri Klarkın diqqətini cəlb edir. Kelliyə rejissoru olduğu və Venesiya MKF “Qızıl şir” mükafatına namizəd olan “Sadist” filmində rol təklif edir. Garner kino və televiziyada 30-dan artıq rolda çəkilib. “Sadist” (2001), “Güclü və zərif” (2005), “Xoşagəlməz vərdiş” (2005), “Lars və həqiqi qız” (2007), “Buynuzlar” (2013) filmlərindəki rolu il şöhrət qazanıb. Eyni zamanda "Green Day" rok qrupunun "Jesus of Suburbia" musiqisinə çəkilən videoklipin çəkilişlərində iştirak edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kelli_Garner

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç