Dilan Uolş

Dilan Uolş

Aktyor

BİOQRAFİYA

Dilan Hanter Uolş 17 noyabr 1963-cü ildə Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub. Valideynləri diplomatik korpusun tərkibində çalışıblar və Efiopiyada tanış olublar. Uşaqlığının 10 ilini Şərqi Afrika, Hindistan və İndoneziyada keçirib. Valideynləri ABŞ-a qayıtdıqdan sonra Virciniya ştatında məskunlaşıblar. Orada gələcək aktyor Uolş orta məktəbi bitirir. 1986-cı ildə Dilan Virciniya Universitetində təhsilini başa vurub və ingilis dili üzrə bakalavr dərəcəsi əldə edib. Məzun olduqdan sonra Nyu-Yorka köçərək aktyor karyerasını başladır. İlk rolunu “Əsgər oğlanlar” televiziya filmində alır. Daha sonra “Məşuq-qəhrəman” filminə çəkilir və “Keyt və Elli” serialında daimi rol qazanır. 1989-cu ildə özünə Dilan Uolş təxəllüsünü seçir. 2003-cü ildə Uolş “Bədən hissələri” serialında həkim Maknamara roluna dəvət olunur. Serialın yaradıcısı Rayan Mörfi Dilanın “Axmaqlarsız” filmində oynadığı rolu bəyənir və kafedə görüşdükdən sonra ona rol təklif edir. 2008-ci ildə Uolş “Ögey ata” filmində baş rola çəkilir. Daha çox “Bədən hissələri” serialında oynadığı həkim Şon Maknamara rolu ilə məşhurlaşıb. Uolş 1996-2003-cü illərdə aktrisa Melora Uolterslə evil olub. Onların birgə nikahdan 1996 və 1997-ci il təvəllüdlü övladları var. Cütlük sonradan ayrılmaq qərarına gəlib. Uolş ardınca 2004-cü ildə aktrisa Coana Qoinqlə ailə həyatı qurub. Onların nikahdan 1 il əvvəl qızları doğulub. 2010-cu ildə Uolş boşanma ilə əlaqədar məhkəməyə müraciət edib. Aktyorun bundan başqa 2011 təvəllüdlü qızı və 2013 təvəllüdlü oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D0%BB%D1%88,_%D0%94%D0%B8%D0%BB%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç