Bencamin Uoker

Bencamin Uoker

Aktyor

BİOQRAFİYA

Bencamin Uoker Skodelario-Devis 1982-ci ildə ABŞ-ın Corciya ştatının Kartersvil şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Miçiqan İncəsənət Akademiyasında oxuyub. 2004-cü ildə Nyu-Yorkun Culyard məktəbində aktyorluq kurslarını bitirib. Bir müddət Nyu-York və Los-Ancelesin komediya şoularında iştirak edib. 2007-ci ilin fevral ayında “Litsey” teatrının səhnəsində “Qasırğanı ram edən” adlı brodvey tamaşasında Bertram Keys rolunda çıxış edib. 2008-ci ilin aprel ayında “Təhlükəli əlaqələr” adlı tamaşada şevalye Denseni rolunu oynayıb. Bencaminin digər teatr işlərinə Atlantik Teatr Cəmiyyətinin bir neçə tamaşası, Uillyams-taun teatr festivalında “Romeo və Cülyetta” və Lady Windermere’s Fan” pyesləri daxildir. Bencamin eyni zamanda “Bloody Bloody Andrew Jackson” tamaşasında Endrü Cekson rolunu ifa edib. Həmin rola görə “X-adamlar: Birinci sinif” fantastik blokbasterinin çəkilişlərində iştirak etməkdən imtina edib. 2012-ci ildə “Prezident Linkolin: Vampir ovçusu” filmində baş rolu oynayıb. 2015-ci ildə isə “Dənizin ortasında” adlı bioqrafik macəra filmində rol alıb. 16 iyul 2011-ci ildə aktrisa Memi Qammerlə ailə qurub. 2013-cü ilin mart ayında cütlük boşanmaq qərarına gəlib. 2014-cü ilin aprel ayında aktrisa Kay Skodelario ilə görüşməyə başlayıb. 28 dekabr 2014-cü ildə nişanlanıblar, 2015-ci ildə isə münasibətlərini rəsmiləşdiriblər. 2016-cı ilin noyabr ayında cütlüyün bir oğlu dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D0%BA%D0%B5%D1%80,_%D0%91%D0%B5%D0%BD%D0%B4%D0%B6%D0%B0%D0%BC%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç