Uilyam Şetner

Uilyam Şetner

Aktyor

BİOQRAFİYA

Uilyam Şetner 22 mart 1931-ci ildə Kanadanın Monreal şəhərində anadan olub. Valideynləri geyim istehsalçıları olub. Coy və Farla adlı bacıları var. Şetnerin babası və dədəsi şərqi Avropadan ABŞ-a pənah gətirmiş yəhudi mühacirlər olub. Ona yəhudi dini əsasında tərbiyə veriblər. Notr-Dam-de Qras ibtidai məktəbində daha sonra Baron Bin adına Monreal orta məktəbində oxuyub. Monreal Uşaq Teatrının məzunu olub. Makgil Universitetində “kommersiya” ixtisası üzrə bakalavr dərəcəsinə sahib çıxıb. Ən uğurlu fantastik teleseriallardan olan və müxtəlif texnologiyaların, o cümlədən mobil telefonun yaranmasına təkan vermiş “Ulduz yolu” (Startrek) serialının baş qəhrəmanı - “Enterprayz” ulduzlararası səyahət gəmisinin kapitanı Ceyms Tiberiya Kirk rolu ilə məşhurlaşıb. Onun yazdığı bioqrafik kitablar bestsellerlərdən hesab olunur. Memuarlarında daha çox “Ulduz yolu” kinoepopeyasının çəkilişləri zamanı baş verən pərdəarxası maraqlı hadisələri bölüşür. Həmçinin “Tek müharibəsi” silsiləsindən olan fantastik romanlar da yazıb. 1982-1986-cı illərdə “Ti Cey Huker” adlı detektiv teleserialda polis serjantı rolunu oynayıb. O həmçinin musiqiçi, prodüser, rejissor və tanınmış reklamçıdır. 2004-2008-ci illərdə “Boston vəkilləri” adlı televiziya dramında Denni Kreynin vəkili rolunu oynayıb və həmin rol ona “Emmi” və “Qızıl Qlobus” mükafatları gətirib. Uilyamın Qloriya Rend (üç uşaqları olub) və Marsi Şetnerlə ilk iki evliliyi boşanma ilə nəticələnib. Üçüncü həyat yoldaşı Nerin Kidd həlak olub. Hazırda dördüncü arvadı – Elizabet Martinlə yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/William_Shatner

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç