Xloya Qreys Morets

Xloya Qreys Morets

Aktrisa

BİOQRAFİYA
Xloya Qreys Morets 10 fevral 1997-ci ildə ABŞ-ın Corciya ştatının Atlanta şəhərində anadan olub. Anası Terri tibb bacısı, atası Makkoy Li Morets isə plastik cərrahdır. Xloyanın Brendon, Trevor, Kolin və Etan adlı özündən böyük dörd qardaşı var. Xloya ailəsinin xristianlığa çox bağlı olduğunu qeyd edib. Ailəsi dəstəkləmədiyi üçün Trevor adlı qardaşı onun aktrisa olmasına kömək edib. Xloya 2001-ci ildə ailəsi ilə birgə Corciya ştatına köçür və “Professional Performing Arts School” məktəbinə daxil olur. Əvvəllər aktrisalıq onun sadəcə maraq dairəsi idisə, sonradan Hollivuddakı karyerası onun 2003-cü ildə Los-Ancelesə getməyinə səbəb olur. Yeddi yaşından kino film karyerasına başlayan Xloya bir çox film və seriallarda çəkilib. Bununla da "Young Artist Awards" mükafatına namizədliyi irəli sürülüb. 2010-cu ildə “Kick Ass” filmində oynadığı Hit Girl obrazı böyük marağa səbəb olub. Bu filmlərdəki uğurundan sonra o, "Huqo" və sair uğurlu filmlərə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Chlo%C3%AB_Grace_Mor...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç