Teylor Hekford

Teylor Hekford

Rejissor, prodüser, ssenarist, aktyor

BİOQRAFİYA

Teylor Edvin Hekford 31 dekabr 1944-cü ildə ABŞ-ın Kaliforniya ştatının Santa Barbara şəhərində anadan olub. 1986-cı ildə beynəlxalq münasibətlər və hüquq ixtisası üzrə Cənubi Karolina universitetini bitirib. Ali təhsili başa vurduqdan sonra könüllü olaraq Sülh korpusunun sıralarına qoşulub və humanitar fəaliyyət üçün Boliviyaya yollanıb. Asudə vaxtlarında 8 mm kamerası ilə filmlər çəkib. Öz ixtisası üzrə karyerasını davam etdirməkdən imtina edib. 1979-cu ildə “Yeniyetmə ata” adlı qısametrajlı filminə görə “Oskar” mükafatını qazanıb (filmin həm ssenaristi həm də rejissoru olub). 2005-ci ildə “Film Society Award” mükafatının qalibi olub. “Zabit və Centelmen” filminin çəkilişlərində onunla baş rola çəkilən məşhur aktyor Riçard Gir arasında ixtilaf yaşanıb. Gir romantik dramın sonluğu ilə razılaşmır, onun sentimental üslubda olduğunu və tamaşaçıların bəyənməyəcəyini bildirir. Hekford əvvəl ulduz aktyorun məsləhətinə qulaq asır, ancaq məşğələdə düzgün seçilmiş musiqi sədaları altında həmin səhnənin çəkilməsindən sonra rejissor fikrini dəyişir. Özünün dediyinə görə o qədər kədərlənir ki, bədəninə vic-vicə gəlir, ona görə də sonluq olduğu kimi qalır. Kinonun böyük ekranlara çıxmasından sonra Gir də Hekfordun haqlı olduğunu etiraf edir. Filmin çəkilişləri zamanı baş verən maraqlı hadisələr bununla bitməyib. Rejissor qəddar serjant Emil Folini oynayan aktyor Luis Qosseti qəsdən ayrıca otaqda saxlayır ki, aktyorlar üçün daha da qorxulu görünsün və nəticədə onlar daha təbii oynasınlar. Film altı “Oskar” mükafatı nominasiyası qazanıb, BAFTA və iki “Qızıl Qlobus” mükafatına sahib çıxıb. Hekford bundan başqa Stiven Kingin eyniadlı romanın adaptasiyası olan “Dolores Kleyborn” dramına, “Qanı qanla yuyurlar” kriminal dramı, Al Paçino və Kianu Rivzin baş rollara çəkildiyi “İblisin vəkili” mistik trilleri, “Həyatın sübutu” bədii filmi və “Layonel Riççinin kolleksiyası” sənədli filminin rejissoru kimi şöhrət qazanıb. Kinematoqrafiyadakı nailiyyətlərinə görə “Oskar” mükafatı laureatı olub. Hekford 1997-ci ildən “Oskar” laureatı Helen Mirenlə evlidir. Onlar toylarından əvvəl 12 il ərzində vətəndaş nikahında olublar. Miren hər vəchlə evlilik təklifini rədd etdiyi üçün uzun müddət ailə qurmayıblar. Hekfordun əvvəlki iki nikahdan 2 övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

http://www.peoples.ru/art/cinema/director/taylor_h...

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç