Adam Meyson

Adam Meyson

Ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Adam Meyson 1975-ci ildə Kembricdə anadan olub. London Ali Kino Məktəbini bitirib. Məzun olduqdan dərhal sonra kinokaryerasına qədəm qoyub. Karyerasının ilk yeddi ili ərzində 90-dan çox video klip çəkir və ya ona rejissorluq edir. 2004-cü ildə 5 min funtserlinq büdcə ilə “Sındırılmış” (Broken) adlı filmə prodüserlik edir. Filmin hüquqlarına dərhal "The Weinstein Company" şirkəti yiyələnir, ekran əsəri çoxsaylı kinomüfakatları qazanır. Adam Meysonun isə Hollivuda keçidində tramplin rolunu oynayır. Daha çox “Qanlı çay” (Blood River, 2009), “Cəhənnəmin üçüncü qatı” (The Devils Chair, 2007), “Sındırılmış” (Broken, 2006), “Güzgüdəki düşmən” (Luster, 2010) filmlərinin ssenaristi kimi tanınır. Karyerası ərzində 16 televiziya, bədii film və sənədli filmə ssenari yazıb. 8 filmə prodüserlik edib. 12 filmin rejissoru olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm0556573/?ref_=nmbio_bio_nm

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç