Molli Heygen

Molli Heygen

Aktrisa

BİOQRAFİYA

Molli Heygen 3 avqust 1961-ci ildə Minnesota ştatının Minneapolis şəhərində (ABŞ) anadan olub. İndiana ştatının Fort Ueyn şəhərində boya-başa çatıb. Şimal-Qərbi Universiteti bitirdikdən sonra aktrisa karyerasına qədəm qoyub. 1985-ci ilin “Susqunluq kodeksi” filmində debüt edib. Daha sonra isə “Sakit liman” teleserialının bir neçə epizodunda görüntülənib. Karyerası ərzində doxsandan çox teleşou və bədii filmdə rol alıb. 1986-cı ildə “Dallas: Ötən illər” televiziya filminə çəkilib. Daha sonra “Möhtəşəm bir şey”, “Yeni atlar”, “Diş həkimi”, “Bəzən qayıdırlar”, “Bambılı”, “100 problem və bir qız” kimi filmlərdə baş rolları oynayıb. Televiziyada ilk növbədə “Qermanın başı” sitkomunda (1991-1994) oynadığı rolla tanınır. Həmçinin “Otel”, “Qızıl qızlar”, “Kolombo”, “Ehtirasın anatomiyası”, “Mələyin toxunuşu”, “Saynfeld “ kimi sitkom və seriallarda qonaq rollara dəvət olunub. 2014- cü ildə The CW telekanalının yüksək reytinq göstəricilərinə malik “Mən Zombiyəm” serialında baş qəhrəmanın anası rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B5%D0%B9%D0%B3%D0%B0%D0%BD,_%D0%9C%D0%BE%D0%BB%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç