Mayli Sayrus

Mayli Sayrus

Müğənni, aktrisa

BİOQRAFİYA
Mayli Rey Sayrus 23 noyabr 1992-ci ildə Neşvilldə (Tennessi ştatı, ABŞ) anadan olub. Sayrus "Disney"in serialı "Hanna Montanada"kı Mayli Stüart/Hanna Montana rolu ilə tanınıb. "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. 2012-ci ildə aktyor Liam Hemsvort ilə nişanlanıb. Ancaq sonra müxtəlif səbəblərə görə ayrılıblar. Billi Rey Sayrusun qızıdır. Ana və atası onun yaxşı bir gələcəyi olacağını düşünərək, ona Destini Houp adını veriblər. Sonralar çox gülümsədiyi üçün əvvəlcə Smayli sonra da Mayli ləqəbini götürüb. "Heriteyc" məktəbində oxuyub. Mayli Sayrusu şöhrətə çatdıran serial "Hanna Montana" 16 yanvar 2011 tarixində rəsmi olaraq bitib. İlk rolu atasının da rol aldığı "Doktor" adlı teleserialda qonaq aktrisa qismində olub. Teleserialda Kayli adlı bir qızı canlandırıb. 2003-cü ildə Tim Burtonun rejissorluq etdiyi "Böyük balıq" adlı filmdə, gənc Rutini canlandırıb. Həmçinin Ronda Vinsentin "If Heartaches Have Wings" adlı musiqi videosunda da rol alıb. Musiqi karyerasına 3 il ara verən müğənni, 3 iyun 2013-də "Bangerz" adlı 4-cü albomunun ilk sinql çalışması "We Can't Stop" mahnısını yayımlayıb. Bu sinql 16 ölkədə birinci olub və "YouTube"da 24 saat ərzində 10.7 milyon dəfə izlənərək Castin Biberin "Beauty and A Beat" sinqlının rekordunu qırıb. Sonra 2-ci sinql çalışması olan "Wrecking Ball" mahnısını yayımlayır. Bu sinql "YouTube"da 24 saat ərzində tam 19.2 milyon nəfər tərəfindən izlənilərək "One Direction" qrupunun "Best Song Ever" sinqlının rekordunu da qırmağı bacarır. 30 avqust 2015-də MTV Video Musiqi Mükafatlarının təqdimatında müğənni Mayli Sayrus, içində 23 mahnı olan yeni albomunun adının "Miley Cyrus & Her Dead Petz" olduğunu və albomun internet üzərindən pulsuz olduğunu açıqlayıb. Gənc müğənni 2016-cı ildə "The Voice" yarışmasının 11-ci mövsümündə münsif olaraq iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Mayli_Sayrus

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç