Maykl Stulbarq

Maykl Stulbarq

Aktyor

BİOQRAFİYA

Maykl Stalberq 5 iyul 1968-ci ildə Lonq-Biç şəhərində (Kaliforniya ştatı, ABŞ), yəhudi ailəsində anadan olub. Culyard məktəbi, Britaniyanın Milli Gənclər Teatrı, London Universiteti və Kaliforniya Universitetində aktyorluq sənəti üzrə təhsil alıb. Tanınmış aktyor Marsel Marsodan mimika üzrə dərs alıb. Universiteti bitirdikdən sonra tələb olunan teatr aktyoruna çevrilib. Bir çox reytinqli teatr tamaşalarında səhnəyə çıxıb. 1996-cı ildə “Old Wicked Songs”, 1998-ci ildə “Long Day’s Journey into Night”, 2005-ci ildə “The Pillowman” tamaşasında iştirak edib. Sonuncuda oynadığı rola görə ilk dəfə olaraq “Toni” teatr mükafatına namizədlik qazanıb. Karyerası ərzində çoxsaylı teleseriallarda, o cümlədən “Qanun və Qayda”, “Gicbəsər”, “Farqo” və sair proyektlərdə rol alıb. Böyük ekranlarda daha çox ikinci dərəcəli rolları ilə yadda qalıb. 2009-cu ildə Koen qardaşları ona “Ciddi adam” tragikomediyasında professor Larri Qopnik rolunu həvalə ediblər. Həmin rola görə çoxsaylı kino mükafatlarına namizəd olub. 2010-2013-cü illərdə HBO telekanalında yayımlanan “Yeraltı imperiya”serialına çəkilib. 2012-ci ildə “Qara geyimli adamlar 3” fantastik komediyasında arkaniyalı Qriffin obrazını yaradıb. 2009-cu ildə ən yaxşı kişi rolu nominasiyasında “Qızıl Qlobus” mükafatına namizəd olub. Daha çox “Ciddi adam” (A Serious Man, 2009) tragikomediyasında arvadının xəyanəti ilə üzləşən fağır təbiətli Larri Qopnik və “Suyun forması” (2017) fantastik filmində professor Robert Hofstelter rolu ilə tanınır. Həmçinin “Farqo” kriminal serialının 3-cü mövsümündə Say Feltz rolu ilə şöhrət qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D0%B0%D0%BB%D0%B1%D0%B5%D1%80%D0%B3,_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç