Briya Vinayte

Briya Vinayte

Aktrisa

BİOQRAFİYA

Bria Vinayte 10 iyun 1993-cü ildə Litvada doğulub. Altı yaşı olanda ailəsi Nyu-Yorkun Bruklin rayonuna köçüb. “Florida Layihəsi” oynadığı ilk rol olub. Filmdə "Uolt Disney" əyləncə parkı yaxınlığında yerləşən ən ucuz moteldə qalan keçmiş striptizçi və tək ana rolunu oynayıb. Şon Beyker onu Instagram səhifəsindəki paylaşımlarını gördükdən sonra çəkilişlərə dəvət edib. Vinayte Mayamiyə köçdükdən sonra yeni şəhər həyatını Nyu-Yorkdakı dostlarına kreativ şəkildə göstərib. Çəkilişlər cəlb olunmazdan əvvəl 3 həftəlik məcburi aktyorluq kurslarına gedib. Vinayte həmçinin Kanadalı ifaçı Dreykin "Nice for What" mahnısına çəkilmiş klipdə iştirak edib. 2018-ci ilin ikinci yarısında rejissor Teylor Devnun “Violent Delights” filminə çəkilməyə başlayıb. Şon Beykerin “Florida layihəsi” filmində oynadığı Heyli rolu ilə məşhurlaşıb. Həmin rol onun kino debütü olub. Performansı ilə tənqidçilərin rəğbətini qazanıb və dərhal Harmoni Korinin “Beach Bum” adlı filminin çəkilişlərinə dəvət olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Bria_Vinaite

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç