Bruklin Prins

Bruklin Prins

Aktrisa

BİOQRAFİYA

Bruklin Kimberli Prins - 2010-cu il təvəllüdlü amerikalı uşaq aktrisadır. Ən çox “Florida layihəsi” dramında oynadığı rola görə tanınıb. Prins aktrisa karyerasına, nə qədər qəribə səslənsə də, iki yaşında başlayıb. “Parenting”, “Chuck E. Cheese's” kimi brendlərin və “Visit Orlando” turizm şirkətinin reklam çarxlarına çəkilib. IMDB məlumat bazasına görə, karyerası ərzində kino və televiziyada yeddi rol alıb. Son işləri “Azadlığa çıxmış bədheybətlər” (Monsters At Large (2018), “Təkrarolunmaz İvan” (The One and Only Ivan) filmlərində aldığı rollar sayılır. Həmçinin “Angry Birds” video-oyununun ekran adaptasiyasının sikvelində personajlardan birini səsləndirib. "Florida layihəsi" filmində oynadığı rola görə bir çox mötəbər kino mükafatlarına, o cümlədən "EDA Female Focus Award" ("İlin Tapıntısı"), "Critics Choice Award" ("Ən yaxşı gənc aktrisa"), Philadelphia Film "Critics Circle Awards" ("İlin tapıntısı") mükafatlarına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Brooklynn_Prince

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç