Laynas Rouç

Laynas Rouç

Aktyor

BİOQRAFİYA

Laynas Uilyam Rouç – ingiltərəli aktyordur. Kinoda daha çox “Betmen: Başlanğıc” (2005), “Hava marşalı” (2014), “Riddik” (2004), “Keşiş” (1994) filmlərində oynadığı rolları ilə yadda qalıb. Karyerası ərzində televiziya və kinoda ümumilikdə 59 rol alıb. Son işi – “Summer of Rockets” mini teleserialı sayılır. Serialın 2019-cu ildə mavi ekranlara çıxacağı gözlənilir. 1 fevral 1964-cü ildə İngiltərənin Mançester şəhərində sənətçi ailəsində anadan olub. Atası aktyor, anası aktrisa olub. Susseks qraflığının Bişop Luffa orta məktəbində oxuyub. Aktyor sənətini Mərkəzi oratorluq və dram məktəbində öyrənib. 2002-ci ildə Vusterşir qraflığının Malverne şəhərində aktrisa Rozalinda Bennetlə ailə qurub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D1%83%D1%87,_%D0%9B%D0%B0%D0%B9%D0%BD%D0%B0%D1%81

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç